Qaynar xətt:

(+99450) 247 90 86

“Facebook”dan yeni qadağa

2020/01/07/1578405326_5d544cb7cd97843b3b7d828a.jpg

MARAQLI

615

07.01.2020, 17:53

23 250
“Facebook”dan yeni qadağa “Facebook” şirkəti “Deepfake” videolara qadağa qoyub.
“Haber Global”ın yaydığı məlumata görə, “Facebook” sosial şəbəkəsi manipulyasiya edilmiş məzmunları və “Deepfake” videoları siləcək. “Facebook”un Qlobal Siyasət üzrə vitse-prezidenti Monika Biskert bildirib ki, “seçicilərimizə təzyiq və nifrət dolu nitq kimi standartlarımızı pozan məzmunlar, “Deepfake” olub-olmamasından asılı olmayaraq, “Facebook”dan silinəcək. “Hazırda siyasətimizi yaxşılaşdırmaq və manipulyasiya edilən məzmunları müəyyən etmək üçün 50-dən çox qlobal mütəxəssislə danışıqlar aparırıq. Bu əməkdaşlıq nəticəsində müəyyən meyarlara sahib olan videoları platformamızdan çıxaracağıq”, - deyə o bildirib. Qeyd edilir ki, bu qadağa parodiya, satira məqsədli videolara aid deyil.