Gecə 4-5 saat yatmaq çəkiyə necə təsir edir? - Həkimlər AÇIQLAYIR
21 Avqust 2026, 16:30
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
1846
08.04.2025, 17:43
Martın 21-i Azərbaycan poeziyasında öz dəsti-xətti olan məşhur şair Səməd Vurğunun (Səməd Yusif oğlu Vəkilov) doğum günüdür... Sosial şəbəkədə mərhum şairə aid müxtəlif şeir parçaları, fotoşəkillər və xatirələr paylaşılır. Bunlardan ən diqqətçəkəni Səməd Vurğunun dəfnində lentə alınmış bir fotoşəkil olub.
Modern.az saytı Vəkilovlar nəslinin nümayəndəsi Rüfət Hüseynlinin təqdim etdiyi həmin fotonu “Bir şəklin tarixçəsi” rubrikasında yayımlayır.
Qeyd edək ki, 1955-ci ilin oktyabr ayında Səməd Vurğun SSRİ nümayəndə heyəti tərkibində Vyetnama gedərkən yolda xəstələnir və səfərini yarımçıq saxlamalı olur.
Çində onu Pekin xəstəxanalarından birində müayinə edirlər. Bir neçə həftədən sonra şair vətənə qayıdır. Onun xəstəliyi şiddətlənir.
1956-cı ilin martında Səməd Vurğunun 50 yaşı tamam olur. Şairin yubileyinin keçirilməsinə hazırlıqlar çərçivəsində Azərbaycan SSR rəhbərliyi tərəfindən "Azərbaycanın xalq şairi" adı təsis edilir və ilk dəfə bu ada Səməd Vurğun layiq görülür.
Həmin il may ayının 12-də Opera və Balet Teatrında SSRİ-nin ədəbi ictimaiyyətinin və xarici qonaqların iştirakı ilə şairin təntənəli yubiley gecəsi keçirilir. Yubilyar özü bu gecədə iştirak etmir. Çünki Səməd Vurğun ağır vəziyyətdəydi, amansız xəstəlik (xərçəng-red.) dahi şairi yorğan-döşəyə salmışdı.
Səməd Vurğun daha heç vaxt qalxmayacağı yatağında uzanıb radio vasitəsilə yayımlanan gecəyə qulaq asırdı… Gecədə şairin ünvanına dünyanın ən tərifli və xoş sözləri deyilir. Və birbaşa şairə müraciət edirlər. Şair isə uzaq-yaxın ellərdən və şəhərlərdən gəlmiş qonaqların sözlərini eşitsə də, onları görmürdü...
Yubiley təntənəsindən iki həftə sonra 1956-cı il may ayının 27-də, saat 19:30-da şairin gözləri əbədi yumulur. May ayının 28-dən 30-na kimi şairin cənazəsi Azərbaycan Dövlət Filarmoniyasının binasında qoyulur.
Şair may ayının 30-da Bakıda Fəxri Xiyabanda dəfn edilir.
1956-cı il mayın 30-da keçirilən dəfn mərasimindən lentə alınmış bu fotoşəkil Səməd Vurğunla həmyaşıd və seminariyada ondan bir sinif fərqlə oxumuş Şamil Vəkilova məxsusdur.
Şəkildə bir sıra tanınmış simalar yer alır: görkəmli simalar Adil İsgəndərov, Mehdi Hüseyn, Mehdixan Vəkilov, Yusif Səmədoğlu,Vaqi Səmədoğlu və digərləri..
Şəkildə diqqətçəkən məqam dəfn olunmağa aparılan mərhum şairin tabuta üzüaçıq uzadılmasıdır. Elə bu məqam sosial şəbəkədə müzakirələrə səbəb olub.
Müzakirələrə qoşulan Vəkilovlar nəslinin nümayəndəsi R.Hüseynli bildirib ki, o da babalarından bu haqda çox soruşub.
“Özüm də bu barədə çox soruşmuşam. Cənazə kəfənlənib. Yanılmıramsa, məhz bu səbəbdən əllər görünmür. Kitel üstdən geyindirilib. Amma üz açıq saxlanılıb. Təbii ki, dövrü nəzərə almağımız şərtdir. Bəli, bu şəkildə kəfənlənmə şəriət nöqteyi-nəzərindən doğru deyil. Yalnız yenə də ö dövrü (İslam adət-ənənələrinə qadağa qoyan sovet dövrü nəzərdə tutulur-red.) nəzərə almağınızı vurğulamalıyam”.
Tabutun düz arxasındakı gur saçlı şəxs Səməd Vurğunun qardaşı Mehdixan Vəkilovdur...
Mehdixan Vəkilovdan sağda mərhum şairin oğlu Vaqif Səmədoğlu, yanındakı onun anası – Səməd Vurğunun həyat yoldaşı Xavər xanımdır. Xavər xanımdan sağda şairin digər övladları - qızı Aybəniz xanım və böyük oğlu Yusif Səmədoğlu gedir...
Fotoşəkildə ən soldakı şəxs görkəmli rejissor-aktyor Adil İsgəndərov, tabutu daşıyanlardan öndə gedən soldakı şəxs isə yazıçı Mehdi Hüseyndir. Mehdi Hüseynin arxasında tabutu daşıyan şəxs yazıçı Osman Sarıvəllidir.
Şəkillə bağlı digər diqqətçəkən məqam ən sağda dayanmış Sovet İttifaqı Qəhrəmanının kimliyidir ki, bu haqda da məlumatı olan yoxdur.
19:59 / 22 Avqust 2026
14
19:48 / 22 Avqust 2026
18
19:33 / 22 Avqust 2026
43
18:55 / 22 Avqust 2026
119
18:26 / 22 Avqust 2026
58
18:21 / 22 Avqust 2026
68
13:55 / 22 Avqust 2026
97
13:36 / 22 Avqust 2026
534
13:34 / 22 Avqust 2026
110
13:31 / 22 Avqust 2026
114
12:55 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
99
12:35 / 22 Avqust 2026
91
12:34 / 22 Avqust 2026
130
12:15 / 22 Avqust 2026
93
11:59 / 22 Avqust 2026
107
11:40 / 22 Avqust 2026
119
11:25 / 22 Avqust 2026
109
11:04 / 22 Avqust 2026
116
10:54 / 22 Avqust 2026
113
10:30 / 22 Avqust 2026
109
10:10 / 22 Avqust 2026
106
09:50 / 22 Avqust 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.