Dəvənin qanı bu xəstəliyin dərmanı imiş — Dəvə haqda bilmədiklərimiz
11 May 2025, 15:07
Qaynar xətt:
(+99450) 247 90 86MARAQLI
1539
20.02.2025, 16:22
Dövlətlərin istədikləri qədər pul çap etmələrinə heç bir hüquqi maneə olmasa da, reallıqda bunu etmək çox ağır iqtisadi nəticələrə gətirib çıxarır.
Oxu24.com “Yeniavaz”a istinadən xəbər verir ki, 2008-ci ildə Zimbabvedə baş verənlər bunun ən bariz nümunəsidir.
2000-ci ildən başlayaraq prezident Robert Muqabe Zimbabvedə torpaq islahatı proqramı həyata keçirib. Bu islahat çərçivəsində ağdərili fermerlərin torpaqları müsadirə edilib və hökumət tərəfindən yerli əhaliyə paylanıb. Lakin, yeni torpaq sahiblərinin əksəriyyəti kənd təsərrüfatı sahəsində təcrübəsiz olublar. Bu səbəbdən kənd təsərrüfatında məhsuldarlq kəskin şəkildə azalıb. Ölkənin əsas ixrac məhsulu olan tütün, qarğıdalı və şəkər qamışı istehsalı çökməyə başlayıb. Nəticədə, Zimbabve öz ərzağını özü istehsal etdiyi halda, ərzaq idxal etməyə məcbur olub və xarici valyutaya tələbat artıb.
Bundan başqa, torpaq islahatı və insan haqları pozuntuları səbəbindən Avropa Birliyi və ABŞ Zimbabve hökumətinə qarşı iqtisadi sanksiyalar tətbiq edib. Xarici sərmayələr dayanıb və ixracın azalması nəticəsində hökumətin valyuta ehtiyatları tükənib. Dollar və digər xarici valyutalar ölkədən çıxmağa başlayib. İqtisadiyyatda çöküş başlayıb, maaşları və pensiyaları ödəmək çətinləşib.
Bunların nəticəsində hökumət bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan qərarlar qəbul etmək əvəzinə, ölkənin Mərkəzi Bankı çoxlu miqdarda pul çap etməyə başlayıb.
2008-ci ildə pul çap etmə siyasəti nəticəsində ölkədə hiperinflyasiya baş verib. Bu, ölkənin tarixində və hətta dünya iqtisadi tarixində ən ağır maliyyə böhranlarından biri sayılır.
Zimbabvenin hökuməti o qədər çox pul çap edib ki, inflyasiya milyon faizləri keçib və ölkədə 100 trilyon Zimbabve dolları dəyərində əskinaslar buraxılıb. Əvvəlcə insanlara daha çox pul çatırdı, amma bazarda malların sayı artmadığı üçün qiymətlər kəskin şəkildə yüksəlib. Zimbabvenin inflyasiya göstəriciləri dünyanın heç bir yerində görünməmiş bir həddə çatıb. 2008-ci ilin iyulunda inflyasiya səviyyəsi – 231 milyon faiz, 2008-ci ilin noyabrında isə bu rəqəm 89,7 sekstilyon faiz olub. Qiymətlər demək olar ki, hər saat dəyişib. Səhər çörək alan şəxs axşam eyni çörəyə 10 dəfə çox pul ödəməli olub. Nəticədə, insanlar əskinasları zibilliyə atırdılar, çünki pulun dəyəri yox idi.
Problemdən çıxış yolu kimi, 2009-cu ildə Zimbabve hökuməti öz milli valyutasını ləğv edib və ABŞ dollarına keçib. Tədricən inflyasiya nəzarət altına alınsa da, problem tam həll olunmayıb. İllər sonra Zimbabve yenidən öz milli valyutasını bərpa etməyə çalışsa da, 2019-cu ildə yeni inflyasiya dalğası başlayıb.
Həmçinin oxuyun
Zimbabve nümunəsi bir daha göstərdi ki, dövlətlər istədikləri qədər pul çap edə bilməzlər. Pul çap etmək, ölkənin real iqtisadi gücü ilə dəstəklənməlidir.
Əgər bir ölkə sadəcə istədiyi qədər pul çap edə bilsəydi, dünyada heç bir yoxsulluq olmazdı. Amma pulun dəyəri, onun arxasında duran istehsal, xidmət və iqtisadiyyatla müəyyən edilir.
Dövlətlərin hansı səbəbdən daha çox pul çap edə bilmədiklərini sadə şəkildə belə izah etmək olar:
Təsəvvür edək ki, ölkə iqtisadiyyatı hər gün 1000 manat dəyərində məhsul istehsal edir. Məsələn, gün ərzində hər birinin qiyməti 100 manat olan 10 ədəd mobil telefon istehsal edilir. Gün ərzində dövriyyəyə buraxılan pulun məbləği də 1000 manat olur. Bu o deməkdir ki, insanlar əllərindəki 1000 manatla istehsal olunan 10 ədəd telefonu satın ala bilirlər. Bir müddətdən sonra Mərkəzi Bank daha çox pul çap etməyə başlayır və gün ərzində dövriyyəyə 2000 manat buraxır. Lakin dövriyyədəki pulun artmasına baxmayaraq, istehsal olunan mobil telefonun sayı dəyişmir. Əvvəlki kimi hər gün 10 ədəd telefon istehsal olunur. İnsanların əlində olan pul 2 dəfə artdığı üçün onlar telefona 2 dəfə artıq pul ödəməyə hazır olurlar və buna görə də, telefonların qiyməti 200 manata yüksəlir.
Gördüyünüz kimi pulun çox olması heç bir dəyişikliyə səbəb olmur, yalnız satılan məhsulun qiyməti yüksəlmiş olur.
Yuxarıdakı misalı qısa şəkildə belə ifadə edə bilərik: Artıq pul çap etmək məhsulun qiymətini qaldıra bilər, lakin onun miqdarına təsir edə bilməz. İnsanların pulu artdıqca daha çox məhsul almaq istəyəcəklər və bu da puldan fərqli olaraq miqdarı sabit qalan həmin məhsullara tələbi artıracaq. Nəticədə, həmin məhsulların qiyməti yüksələcək.
Başqa sözlə, dövriyyəyə nə qədər çox pul buraxılırsa, satılan məhsulların qiyməti də o qədər sürətlə bahalaşır və bu zaman da inflyasiya dediyimiz proses baş verir.
İnflyasiya zamanı insanların əlində olan pul dəyərdən düşür, qiymətlər tez-tez dəyişir. İqtisadiyyatda qeyri-müəyyənlik və qarmaqarışıqlıq meydana gəlir. Pulun dəyərdən düşməsi həm də real iqtisadiyyata mənfi təsir göstərməyə başlayır. Yüksək inflyasiyanın olduğu ölkələrdə iqtisadiyyata yatırılan sərmayələr azalır. İnflyasiya zamanı pul dəyərdən düşüdüyü üçün hər hansı bir istehsal sahəsinə investisiya yatırmaq riskli olur.
12:34 / 13 May 2025
Avtomobildən 9 900 manat oğurlanıb
8
12:22 / 13 May 2025
“SİMA İmza” fərdi sahibkarlar üçün 6 ay müddətində pulsuz oldu
16
12:20 / 13 May 2025
Motosikletçi ağır qəzada öldü
11
12:16 / 13 May 2025
Polis insan alverinə görə bu qadınları axtarır - SİYAHI+FOTO
22
12:15 / 13 May 2025
Qayınatası tərəfindən öldürülən gəlinlə bağlı şok fakt:Bir neçə gün öncə...
47
12:14 / 13 May 2025
Prezident Yaşar Güləri qəbul etdi - Fotolar
18
12:08 / 13 May 2025
Bakı metrosunda YENİLİK - "Gedişhaqqı məsafəyə görə təyin ediləcək"
166
12:03 / 13 May 2025
Azərbaycanda “Bayraktar” PUA-ları istehsal ediləcək
37
12:00 / 13 May 2025
Diqqət! Sənəd qəbulu başladı
21
11:31 / 13 May 2025
Bu universitetin dekanı vəfat etdi - FOTO
179
11:17 / 13 May 2025
Prezidentin qulaq asdığı “Taleyim mənim” mahnısının maraqlı taleyi — Arxiv araşdırması +VİDEOLAR
444
10:58 / 13 May 2025
Avtobus və metroda gedişhaqqı yeniliyi – Qiymət dəyişir?
40
10:55 / 13 May 2025
1600 manatadək artırılan müavinət kimlərə ödənilir?
29
10:55 / 13 May 2025
18 yaşlı oğlan ölüb
33
10:19 / 13 May 2025
Qaz olmayacaq
36
10:15 / 13 May 2025
Mert Hakan Yandaşın ayağı kəsilir?
36
10:14 / 13 May 2025
Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
32
10:00 / 13 May 2025
Ərdoğandan Rusiya və Ukraynaya - Çağırış
39
09:58 / 13 May 2025
Bakıda ağır qəza: Həyatını itirən var
603
09:55 / 13 May 2025
22 yaşlı gənc həlak oldu
34
09:50 / 13 May 2025
Alçanı duzla yeməyin ziyanları
49
09:40 / 13 May 2025
Solaxaylara pis xəbər - Bu xəstəliklərə daha çox meyllidirlər
42
09:30 / 13 May 2025
"Elza onun yolunu kəsir"
37
09:20 / 13 May 2025
Azərbaycanda nə qədər tibb bacısı var?
39
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.