Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
124646
az

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

09:3404 Dekabr, 2024
167
MARAQLI
  • A

"Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qəhrəmanı yadplanetlilər tərəfindən qaçırıldığını iddia edən Salman Cavadov olub. Yadplanetlilərin onu necə qaçırmasından danışan S.Cavadovun sözlərinə görə, bu barədə heç kimin xəbəri olmayıb:

"Onlar məni aparanda səssiz gəldilər. Əvvəlcə bir il nəzarətdə oldum. Məni uzunsaçlı bir qadın təqib edirdi. O, "sən bizə lazımsan", - dedi. Gecə saat 1-də uçan boşqab gəldi, təxminən yerdən 200 metr yüksəklikdə dayanmışdı. Altından lyuk açıldı, tozsoran kimi məni özünə çəkdi. Sonradan uçan boşqabın içində özümə gəldim".

O, yadplanetlilərlə telepatik körpü vasitəsilə əlaqə qurduğunu söyləyib.

"Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır. Getdiyim planetin adı isə "Vamfin"dir. Orada Yerdən aparılan insanlar üçün gözəl qəsəbə salıblar. Yadplanetlilər hər il özləri ilə təxminən 1000 nəfər aparırlar. Onlara Yer planeti, insanlar və əqidələri maraqlıdır. Gec-tez bütün insanlar onları qəbul edəcəklər. Yadplanetlilərin planı Yerdə məskunlaşmaqdır. Onların bizdən çox xoşu gəlir", - deyə S.Cavadov qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO
Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"
Ana və qızı eyni anda DOĞDU - VİDEO

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
Ramiz Mehdiyevin qızına şikayət etmək    icazəsi     verildi