Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11391
az

Xilas naminə yalan: Anasına itkin qardaşının əvəzindən 25 il məktub yazdı

22:4128 Mart, 2019
753
MARAQLI
  • A
O, xəstə anasının yaşaması üçün onu müharibədə itkin düşən qardaşının sağ olmasına inandırıb. Düz 25 il itkin əsgərin adından anasına məktublar yazıb. Əməlinin doğru olmasına bəzən özü də şübhə edib. Amma anasını son nəfəsinə qədər əsgər oğlunun qayıdacağı ümidi ilə yaşadıb. Söhbət Gəncə şəhər sakini Ellada İbrahimovadan gedir.

Oxu24.com xezerxeber.az-a istinadən bildirir ki, 1993-cü ilin oktyabrında hərbi xidmətə yollanan 18 yaşlı Azər Ələkbərov cəmi 4 ay sonra hərbi əməliyyatlar zamanı itkin düşür. Bu xəbərin anası Cəmilə Hüseynovaya çox pis təsir edəcəyini başa düşən Ellada İbrahimova əsgər qardaşının adından anasına məktub yazmaq qərarına gəlir. Amma əvvəlcə özünü bu işə hazırlayır.

Ellada İbrahimova anasının şübhələrini öldürmək üçün həm məktubların evə çatması, həm də oxunması zamanı mümkün olan hər şeyi edir. Müharibədən sonrakı dövrdə oğlunun yenə qayıtmaması ananın şübhələrini artırır. Bu dəfə isə bacı başqa yola əl atır.

Bir neçə dəfə davranışının doğru olub-olmadığı ilə bağlı şübhəyə düşən bacı anasına əsl həqiqəti demək istəyib. Ancaq sona anda bundan çəkinib.

Ancaq bütün bunları edərkən Ellada İbrahimova qardaşının qayıdacağına, zəng edəcəyinə, məktub yazacağına olan inamını özü də itirməyib. Hər dəfə evin yanında maşın dayananda boylanıb ki, bəlkə bu dəfə gələn qardaşıdır.

İndi əsgər intizarı ilə gözlərini yuman ananın vəfatından bir il ötür. Ancaq Ellada İbrahimova elə özü də anası kimi Azərin qayıdacağına olan inamını itirmir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ana və qızı eyni anda DOĞDU - VİDEO
Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO
Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi