"2012-ci ildə Neftçilər Xəstəxanasında Qaraciyər transplantasiyası şöbəsinin açılışı ilə əlaqədar keçirilən tədbirdə rəsmi şəkildə elan etdim ki, orqanlarımı bağışlamışam".
Oxu24.com xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə, Gənclər və idman komitələrinin üzvü, tibb üzrə elmlər doktoru, tanınmış ürək-damar cərrahı Rəşad Mahmudov "Report"a müsahibəsində deyib.
"Ola bilər ki, o zaman deputat olmadığıma görə bu məsələ diqqət çəkməyib. Bunu hansısa mediatik görüntü üçün deməmişdim, inanaraq demişdim. Özümüzə nə arzu edirik? Sağlam və uzun ömür... "Uzun ömür”deyirik, "ömürlük”, "sonsuz” demirik... Kaş orqanlarımız o qədər sağlam olsun ki, uzun müddət yaşa bilək, ömrü başa vurduqdan sonra isə orqanlarımızı verdiklərimiz fayda görsünlər. Ailəm, övladlarım, qohumlarım, dostlarım bilsinlər ki, insanlara fayda verə biləcək bütün orqanlarımı bağışlamışam" deyə millət vəkili bildirib Oxu24.com
ŞƏRHLƏR