TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
898
19.04.2020, 23:31
Cəbirə - Sınıq, yara və bəzi xəstəliklər zamanı bədən üzvünün üzərinə bağlanan sarğıya və çəkilən dərmana deyilir.
Bu zaman şəriətə uyğun şəkildə alınan dəstəmazı "cəbirə dəstəmazı" adlandırırlar. Ümumiyyətlə, bədən üzvlərindəki yaranı su ilə yumaq, eləcə də, məsh etmək zərərli deyilsə, onda adi qayda ilə dəstəmaz almaq lazımdır. Yəni yuyulmalı olan bədən üzvləri yuyulmalı, məsh edilməli bədən üzvlərinin üzərinə məsh çəkilməlidir.
Əgər yara dəstəmazda yuyulmalı olan bədən üzvünün hamısını deyil, bir hissəsini örtürsə və onu yumaq zərərlidirsə, mümkün halda həmin bədən üzvünün yarasız hissələri adi qaydada yuyulur, yaranın üzərinə isə yaş əllə məsh çəkilir. Əgər yaranın üzərinə məsh çəkmək də mümkün deyilsə (məsələn, dərman çəkilibsə), onda təmiz parça salınır və onun üzərinə məsh edilir. Əgər yara dəstəmaz zamanı məsh çəkilməli olan bədən üzvündədirsə və bilavasitə onun üzərinə məsh çəkmək mümkün deylisə, onda yaranın üstünə təmiz parça salınır və parçaya məsh çəkilir. Əgər yara sarğı ilə örtülübsə və sarğı pak deyilsə (məsələn, qan və ya nəcəs dərman sarğının üzünə hopubsa), bu halda yenə sarğının üstünə pak parça salıb məsh etmək gərəkdir. Əlbəttə, sınıq, çıxıq və sairə hallarda gipsin üzərindən bağlanan tənzif sarğısı pakdırsa, onun üzərinə əlavə parça salmağa ehtiyac yoxdur; həmin tənzif sarğısının üzərinə məsh çəkmək kifayətdir. Cəbirə dəstəmazından sonra təyəmmüm etməyin lazım olub-olmamasında məzhəblərin və alimlərin fikir ayrılıqları vardır. Yaranın vəziyyətindən və bədən üzvünü əhatə etmə dərəcəsindən, cəbirənin pak olub-olmamasından, yara ilə birlikdə sağlam hissələrin də örtülüb-örtülməməsindən asılı olaraq, bəzi hallarda cəbirə dəstəmazı aldıqdan sonra həm də təyəmmüm etmək tələb olunur.
Yara, sınıq və sairə sağaldıqdan, sarğı açıldıqdan sonra cəbirə dəstəmazı öz hökmünü itirir; artıq növbəti namazlar üçün adi qaydada dəstəmaz almaq lazımdır.
17:50 / 19 Noyabr 2026
12
17:47 / 19 Noyabr 2026
12
17:45 / 19 Noyabr 2026
26
17:41 / 19 Noyabr 2026
25
17:34 / 19 Noyabr 2026
48
17:30 / 19 Noyabr 2026
53
17:20 / 19 Noyabr 2026
58
17:15 / 19 Noyabr 2026
60
17:01 / 19 Noyabr 2026
86
16:51 / 19 Noyabr 2026
277
16:50 / 19 Noyabr 2026
116
16:48 / 19 Noyabr 2026
87
16:35 / 19 Noyabr 2026
107
16:29 / 19 Noyabr 2026
97
16:24 / 19 Noyabr 2026
101
16:18 / 19 Noyabr 2026
121
16:15 / 19 Noyabr 2026
361
16:12 / 19 Noyabr 2026
94
16:10 / 19 Noyabr 2026
121
16:08 / 19 Noyabr 2026
103
16:02 / 19 Noyabr 2026
119
15:59 / 19 Noyabr 2026
168
15:56 / 19 Noyabr 2026
932
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.