TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4517
14.04.2020, 20:05
Nazirlər Kabinetinin qərarı ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin ödədikləri təhsil haqları geri qaytarılacaq.
Oxu24.com Trend-ə istinadən bildirir ki, bunu Təhsil nazirinin müavini İdris İsayev deyib.
Onun sözlərinə görə, bu, dövlətin humanist yanaşmasıdır:
"Elə tələbə var ki, o, sosial baxımdan həssas tələbə kateqoriyasına aiddir, amma təhsil haqqının bir hissəsini apreldə ödəyib. Ədalətli yanaşma bundan ibarətdir ki, vəsaiti ödəyib-ödəməməsindən asılı olmayaraq, dövlət həmin vəsaiti belə tələbələr üçün ödəyəcək. Artıq ödənilmiş vəsaitlər növbəti semestrlər üzrə təhsil müəssisəsi tərəfindən təhsil haqqı kimi əvəzlənə və nəzərə alına bilər".
İ.İsayev qeyd edib ki, təhsil səviyyəsini bitirmək üzrə olan tələbələrin də təhsil haqları geri qaytarılacaq:
"Ola bilər ki, tələbə 4-cü kursda oxuyur və artıq təhsil haqqını ödəyib. Onların da təhsil haqqı geri qaytarılacaq. Çünki bu tələbələrin ailələrinin gəlirləri təhsil haqlarını ödəməyə imkan vermir. Onlar bu vəsaitləri ya kredit, ya da yaxın qohumlarından, tanışlarından aldıqları vəsait hesabına ödəyirlər. Dövlətin humanist yanaşması ondan ibarətdir ki, tələbənin təhsil haqqını ödəyib-ödəməməsindən asılı olmayaraq, bu vəsait qarşılanır".
Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin qərarı ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Tələbənin təhsil haqqı xərcinin 50 faizi 2019-2020-ci ilin yaz semestri üzrə, 50 faizi isə 2020-2021-ci tədris ilinin payız semestri üzrə elektron qaydada ödəniləcək.
22:02 / 26 Oktyabr 2026
1
21:58 / 26 Oktyabr 2026
12
21:53 / 26 Oktyabr 2026
16
21:44 / 26 Oktyabr 2026
34
21:32 / 26 Oktyabr 2026
34
21:30 / 26 Oktyabr 2026
37
21:05 / 26 Oktyabr 2026
608
21:02 / 26 Oktyabr 2026
66
20:56 / 26 Oktyabr 2026
68
20:30 / 26 Oktyabr 2026
73
20:26 / 26 Oktyabr 2026
75
20:17 / 26 Oktyabr 2026
73
20:07 / 26 Oktyabr 2026
92
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
107
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
86
17:45 / 26 Oktyabr 2026
189
17:01 / 26 Oktyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.