TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
239
03.12.2024, 22:00
Xalq artisti Qurban İsmayılov illər əvvəl sipirtli içkini tərgitməsindən danışıb.
OXU24.COM xəbər verir ki, bu barədə aktyor jurnalist Pərviz Hüseynin "Pərvizə görə" layihəsində açıqlama verib.
Həmçinin oxuyun
O bildirib ki, içkiyə 1996-cı ildə tövbə edib:
"O da bir doğuluş idi. Tövbə etdim, mən həddindən artıq çox içirdim. İstəmirəm, bəhanə gətirim ki, 1990-cı illər idi və sairə. Mən 1985-ci ildə universiteti bitirdim, iş tapa bilmirdim. Rektorumuz Aslan müəllim demişdi ki, Tədris Teatrında qalarsan, burada işləyərsən. Onda evli idim, oğlum var idi. Ona görə mənə azad təyinat verdilər, dedilər ki, səni işə götürəcəklər. Lakin işə götürmədilər, bir il Tədris Teatrına getdim, heç bir maaş almadan. Düzdür, qayınata-qayınana, ata-ana kömək edirdi. Həyat yoldaşım məktəbdə dərs deyirdi. Dolanışıq var idi, insanlar bir-birinə qarşı isti münasibətdə idilər, köməkləşirdilər, darda qoymurdular. Sonra da məlum hadisələr başladı. Bizim bədnam qonşularımız... Həmişə deyirəm, ermənilər yaşamırlar. Bizə də imkan vermədilər yaşamağa. Ardınca Sovet dağıldı. Bizim də yaradıcı enerjimiz yığıldı içimizdə qaldı. O da belə özünü büruzə verdi ki, özümüzü necə sakitləşdirə bilərik? Onda da bir az Moskvaya, Rusiyaya köklənmək var idi. Çünki bu gün də Rusiya dünyanın teatr mərkəzlərindən biridir. Orada da böyük aktyorlar var idi, çox adam onlara görə, düzlənirdi. Eşidirdik ki, onlar da içirlər, biz də içirdik. Sonra bədən dözmədi, mən tövbə etdim, tərgitdim. Haradasa 28 ildir tərgitmişəm. Bunun da bəhrəsini gördüm, bəlkə də tərgitməsəm, onda ölə bilərdim. İkinci yox, bu üçüncü bahardır. Çünki 2022-ci ildə ürək əməliyyatı da keçirdim. Sağ olsunlar, DTX-nın poliklinikasının həkimləri məni həyata qaytardılar. Hələ ki yaşayıram".
00:53 / 16 Aprel 2026
195
00:39 / 16 Aprel 2026
76
23:47 / 15 Aprel 2026
207
23:34 / 15 Aprel 2026
197
23:22 / 15 Aprel 2026
366
23:13 / 15 Aprel 2026
71
23:13 / 15 Aprel 2026
499
22:47 / 15 Aprel 2026
75
22:45 / 15 Aprel 2026
104
22:42 / 15 Aprel 2026
1326
22:37 / 15 Aprel 2026
75
22:25 / 15 Aprel 2026
87
22:22 / 15 Aprel 2026
96
22:22 / 15 Aprel 2026
66
22:20 / 15 Aprel 2026
79
22:08 / 15 Aprel 2026
398
22:05 / 15 Aprel 2026
76
21:57 / 15 Aprel 2026
205
21:52 / 15 Aprel 2026
79
21:45 / 15 Aprel 2026
76
21:41 / 15 Aprel 2026
247
21:41 / 15 Aprel 2026
93
21:28 / 15 Aprel 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.