Bu sahəyə 9 milyon manat ayrıla bilər
12 Noyabr 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1335
15.04.2026, 21:23
Prezident İlham Əliyev “Uşaq hüquqları haqqında” yeni qanunu təsdiqləyib.
Oxu24.com-un xəbərinə görə, qanun 8 fəsil, 63 maddədən ibarətdir.
Qanuna əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dair məlumat bankı yaradılacaq.
Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin məqsədləri sırasına daxil edilir. Uşaqların mənafelərinin üstünlüyünün əsas təminatları müəyyənləşir, azadlıq və şəxsi toxunulmazlıq hüquqları genişləndirilir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, uşaq izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, dövlət uşaqların yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatlarının sirrini saxlamaq hüququna təminat verir. Uşaqlara aid fərdi məlumatların dairəsi, habelə onların toplanması, emalı, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilib.
Qanuna görə, valideynlər (onları əvəz edən şəxslər) qarşılıqlı razılıq əsasında uşaqları özlərinin dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə bilərlər.
Uşaqların zorakılıqdan qorunması üçün təhsil və tibb müəssisələri üçün yeni öhdəlik də müəyyənləşir. Valideynlər (onları əvəz edən şəxslər), habelə uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri uşaqda zorakılıq hərəkətlərinin əlamətlərini aşkar etdikdə konfidensiallığa əməl etməklə, bu barədə aidiyyəti hüquq mühafizə orqanlarına və ya ərazi üzrə aidiyyəti uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya məlumat verməyə borcludurlar, habelə uşaq qaynar xətt xidmətinə məlumat verə bilərlər. Valideynlər (onları əvəz edən şəxslər), habelə dövlət orqanlarının (qurumlarının) vəzifəli şəxsləri, tibb müəssisələri, hüquq mühafizə orqanları və digər səlahiyyətli orqanlar zorakılığa məruz qalmış uşağın fiziki sağlamlığının və psixoloji vəziyyətinin bərpa olunması üçün bütün lazımi tədbirləri görməyə borcludurlar.
Qanuna əsasən, uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ var.
Qanuna görə, təhsil müəssisələrində uşaqlara ödənişsiz psixoloji yardım göstəriləcək.
İstintaq proseslərində uşaqlarla əlaqədar psixoloqun iştirakı tələbi qoyulur.
11:36 / 12 Noyabr 2026
26
11:35 / 12 Noyabr 2026
37
11:34 / 12 Noyabr 2026
33
11:31 / 12 Noyabr 2026
47
11:24 / 12 Noyabr 2026
159
11:21 / 12 Noyabr 2026
45
11:19 / 12 Noyabr 2026
57
11:05 / 12 Noyabr 2026
58
11:00 / 12 Noyabr 2026
77
10:45 / 12 Noyabr 2026
96
10:39 / 12 Noyabr 2026
98
10:36 / 12 Noyabr 2026
87
10:27 / 12 Noyabr 2026
246
10:20 / 12 Noyabr 2026
93
10:18 / 12 Noyabr 2026
86
10:05 / 12 Noyabr 2026
209
09:51 / 12 Noyabr 2026
97
09:48 / 12 Noyabr 2026
97
09:42 / 12 Noyabr 2026
264
09:36 / 12 Noyabr 2026
107
09:22 / 12 Noyabr 2026
757
08:13 / 12 Noyabr 2026
237
08:05 / 12 Noyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.