Bu sahəyə 9 milyon manat ayrıla bilər
12 Noyabr 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
716
15.04.2026, 21:41
15 mart tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu arasında telefon danışığı baş tutub.
XİN-dən Oxu24.com-a verilən xəbərə görə, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Rumıniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.
Bu çərçivədə enerji, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın iştirakı ilə həyata keçirilən strateji layihələrin əhəmiyyəti vurğulanıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə toxunaraq, əməkdaşlığın möhkəmləndirilməsinin, təhlükəsizliyin və sabitliyin əhəmiyyətini qeyd ediblər.
Danışıq zamanı geniş kontekstdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri də nəzərdən keçirilib. Tərəflər bu istiqamətdə dialoq və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
11:36 / 12 Noyabr 2026
26
11:35 / 12 Noyabr 2026
37
11:34 / 12 Noyabr 2026
33
11:31 / 12 Noyabr 2026
47
11:24 / 12 Noyabr 2026
159
11:21 / 12 Noyabr 2026
45
11:19 / 12 Noyabr 2026
57
11:05 / 12 Noyabr 2026
58
11:00 / 12 Noyabr 2026
77
10:45 / 12 Noyabr 2026
96
10:39 / 12 Noyabr 2026
98
10:36 / 12 Noyabr 2026
87
10:27 / 12 Noyabr 2026
246
10:20 / 12 Noyabr 2026
93
10:18 / 12 Noyabr 2026
86
10:05 / 12 Noyabr 2026
209
09:51 / 12 Noyabr 2026
97
09:48 / 12 Noyabr 2026
97
09:42 / 12 Noyabr 2026
264
09:36 / 12 Noyabr 2026
107
09:22 / 12 Noyabr 2026
757
08:13 / 12 Noyabr 2026
237
08:05 / 12 Noyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.