İsrail pasportu olanların ölkəyə girişini qadağan edirlər
12 Noyabr 2026, 08:13
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
734
15.04.2026, 21:28
Türkiyənin İstanbul şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci konfransı keçirilib.
Oxu24.com xəbər verir ki Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, 50-yə yaxın ölkədən və beynəlxalq təşkilatdan olan nümayəndə heyətlərindən 130-a yaxın nümayəndənin iştirak etdiyi konfrans "Qoşulmama Hərəkatı regionunda iqlimə davamlı urbanizasiyanın təmin edilməsində parlamentlərin rolu" mövzusuna həsr edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Milli Məclisinin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova bu il 1961-ci ilin sentyabrında Belqradda keçirilmiş Birinci Zirvə Konfransında Qoşulmama Hərəkatının yaradılmasının 65-ci ildönümünün qeyd olunduğunu xatırladıb.
Milli Məclisin sədri hazırda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinə parlament nümayəndələri və tərəfdaş təşkilatlar tərəfindən göstərilən böyük maraqdan məmnunluğunu ifadə edərək, üzv parlament nümayəndələrinin Şəbəkənin fəaliyyətində fəal iştirakının yalnız parlamentarilərin öz hökumətlərinin səylərini tamamlamağa olan qətiyyətini deyil, eyni zamanda Hərəkatın məqsədlərinin həyata keçirilməsində rolunun artdığını da nümayiş etdirdiyini vurğulayıb.
Çıxışda qeyd olunub ki, 2025-ci ilin aprel ayında Daşkənddə keçirilmiş son konfransdan keçən dövrdə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi fəaliyyət dairəsini və beynəlxalq rolunu genişləndirməyə davam edib.
Parlament Şəbəkəsinin beşinci konfransının mövzusunun aktuallığını qeyd edən Milli Məclisin sədri bildirib ki, bu gün dünyada təxminən 3 milyard insan qeyri-qənaətbəxş mənzil şəraitində yaşayır ki, onlardan 1,1 milyarddan çoxu qeyri-rəsmi yaşayış yerlərində məskunlaşıb, 300 milyondan çox insan isə evsizlik problemi ilə üzləşir. Onun sözlərinə görə, qlobal mənzil böhranı sürətlə dərinləşməkdə davam edir, bu isə bütün regionlara, xüsusilə inkişaf etməkdə olan ölkələrə təsir göstərir, eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərini zəiflədir.
Çıxışında Sahibə Qafarova Azərbaycanın ev sahibliyi ilə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası haqqında da mıəlumat verib. Bildirilib ki, cari ilin may ayında Bakı şəhərində keçiriləcək sessiya "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunacaq. Spiker deyib ki, bu Forum sürətli urbanizasiya ilə bağlı problemlərin həlli və bunun şəhərlərə, milli iqtisadiyyatlara və iqlim dəyişikliyinə təsirinin qiymətləndirilməsi məqsədilə yaradılmış yüksək səviyyəli beynəlxalq platformadır. O, həmçinin vurğulayıb ki, COP29-a uğurla ev sahibliyi etdikdən sonra bu qlobal tədbir Azərbaycanın ümumi çağırışlar qarşısında birgə səyləri birləşdirmək bacarığına göstərilən etimadın növbəti təzahürüdür. 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli" elan edildiyini xatırladan Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan şəhərsalma sahəsində zəngin təcrübəyə malikdir.
Qeyd olunub ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası Yeni Şəhər Gündəliyinin icrasının aralıq qiymətləndirilməsi olacaq. Bu tədbirdə son onilliyə nəzər salınacaq və 2036-cı ilə qədər prioritetlər müəyyənləşdiriləcək.
Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Azərbaycan Milli Məclisinin sədrliyi ilə institusional inkişafı və təşkilatın beynəxalq nüfuzunun artırılması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.
Çıxış edənlər, həmçinin konfransın həsr olunduğu "Qoşulmama Hərəkatı regionunda iqlimə davamlı urbanizasiyanın təmin edilməsində parlamentlərin rolu" mövzusunun aktuallığı barədə fikirlərini bölüşüblər, təkliflərini səsləndiriblər. Konfransın sonunda İstanbul Bəyannaməsi qəbul olunub.
Tədbirdə, həmçinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakıda qərargahının yaradılması və Ərəb Parlamentinə Parlament Şəbəkəsində müşahidəçi statusunun verilməsi haqqında da qərarlar qəbul edilib.
11:36 / 12 Noyabr 2026
26
11:35 / 12 Noyabr 2026
37
11:34 / 12 Noyabr 2026
33
11:31 / 12 Noyabr 2026
47
11:24 / 12 Noyabr 2026
159
11:21 / 12 Noyabr 2026
45
11:19 / 12 Noyabr 2026
57
11:05 / 12 Noyabr 2026
58
11:00 / 12 Noyabr 2026
77
10:45 / 12 Noyabr 2026
96
10:39 / 12 Noyabr 2026
98
10:36 / 12 Noyabr 2026
87
10:27 / 12 Noyabr 2026
246
10:20 / 12 Noyabr 2026
93
10:18 / 12 Noyabr 2026
86
10:05 / 12 Noyabr 2026
209
09:51 / 12 Noyabr 2026
97
09:48 / 12 Noyabr 2026
97
09:42 / 12 Noyabr 2026
264
09:36 / 12 Noyabr 2026
107
09:22 / 12 Noyabr 2026
757
08:13 / 12 Noyabr 2026
237
08:05 / 12 Noyabr 2026
84
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.