Bu sahəyə 9 milyon manat ayrıla bilər
12 Noyabr 2026, 11:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1372
15.04.2026, 23:22
Sosial yardım alan ailələri düşündürən suallardan biri də ailənin ortaq aylıq gəliri ilə bağlı şərtlə bağlıdır.
Bəs,ailənin ortaq aylıq gəliri hesablanarkən hansı gəlirlər nəzərə alınmır?
Oxu24.com xəbər verir ki, ailənin orta aylıq gəliri hesablanarkən ailənin gəlirindən aşağıdakılar çıxılır:
vergi, sosial sığorta haqları və digər məcburi ödənişlər;
təbii fəlakət (sel, yanğın, epidemiya, zəlzələ, torpaq sürüşməsi), müharibə və digər gözlənilməz bədbəxt hadisələr zamanı dövlət və ya işəgötürən tərəfindən ailəyə göstərilmiş yardımın məbləği (dəyəri);
ailə üzvünə ödənilən birdəfəlik müavinətlər (radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət, uşağın anadan olmasına görə müavinət, dəfn üçün müavinət, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssisə ilkin maddi-məişət şəraitinin dəstəklənməsi üçün müavinət, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərə birdəfəlik müavinət və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzələn zaman ödənilən birdəfəlik müavinət);
ailə sosial yardım üçün təkrar müraciət etdikdə, ailənin gəliri hesablanan zaman əvvəlki dövr üçün ödənilən sosial yardımın məbləği.
Azərbaycanda “sosial yardım” (ünvanlı dövlət sosial yardımı) sabit bir məbləğ deyil — ailənin vəziyyətinə görə hesablanır.
2026-cı il üçün ehtiyac meyarı: 300 manat (hər ailə üzvü üçün) müəyyən edilib.
Sosial yardım necə hesablanır?
(Ailədəki adam sayı × 300 manat) – ailənin aylıq gəliri hesab olunur.
Sadə misal:
Ailə: 4 nəfər var.
Gəlir: 600 manat
Hesab:
4 × 300 = 1200 manat (ehtiyac)
1200 – 600 = 600 manat sosial yardım
HAZIRLADI: JALƏ
11:36 / 12 Noyabr 2026
1
11:35 / 12 Noyabr 2026
23
11:34 / 12 Noyabr 2026
20
11:31 / 12 Noyabr 2026
40
11:24 / 12 Noyabr 2026
122
11:21 / 12 Noyabr 2026
42
11:19 / 12 Noyabr 2026
54
11:05 / 12 Noyabr 2026
57
11:00 / 12 Noyabr 2026
75
10:45 / 12 Noyabr 2026
95
10:39 / 12 Noyabr 2026
96
10:36 / 12 Noyabr 2026
85
10:27 / 12 Noyabr 2026
238
10:20 / 12 Noyabr 2026
90
10:18 / 12 Noyabr 2026
83
10:05 / 12 Noyabr 2026
208
09:51 / 12 Noyabr 2026
95
09:48 / 12 Noyabr 2026
95
09:42 / 12 Noyabr 2026
261
09:36 / 12 Noyabr 2026
105
09:22 / 12 Noyabr 2026
747
08:13 / 12 Noyabr 2026
235
08:05 / 12 Noyabr 2026
83
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.