Qaynar xətt:

(+99450) 247 90 86

"Bayati-şiraz"ı oxuyan özbəkistanlı müğənni DANIŞDI -VİDEO

"Bayati-şiraz"ı oxuyan özbəkistanlı müğənni DANIŞDI -VİDEO

CƏMİYYƏT

432

17.07.2024, 09:48

 

Özbəkistandakı yarışmada "Bayatı-şiraz" ifa edən özbək müğənni Dilnoza Əkbərova "Xəzər Xəbər"ə danışıb.

OXU24.COM  xəbər verir ki, Azərbaycan muğamının şah əsərlərindən olan "Bayatı-şiraz"ı ifa edərək böyük alqışlar alan Dilnoza Əkbərova bildirib ki, "Bayatı-şiraz" gözəl olduğu qədər ifası da çətin olan əsərdir.

"O səs Özbəkistan" yarışmasında jurilər arasında Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Xalq artisti "Yalla" qrupunun rəhbəri Fərrux Zakirov və digər sənətçilər olublar.

Özbək ifaçının sözlərinə görə, əvvəllər "Bayatı-şiraz"ı azərbaycanlı müğənnilərin ifalarında dinləyib və bəyənib.

Dilnoza Əkbərovanın ifası qısa vaxt ərzində sosial şəbəkələrdə minlərlə insan tərəfindən izlənir