TDT-nin Baş katibindən Azərbaycana DƏSTƏK MESAJI
26 Fevral 2025, 09:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
341
01.07.2024, 10:59
Nazirlər Kabinetinin taksilərlə bağlı tələbləri bu gündən qüvvəyə minib.
OXU24.COM xəbər verir ki, qüvvəyə minən tələblərə əsasən, 1 iyul 2024-cü il tarixindən sonra buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitələrinə buraxılış kartı verilməyəcək. Həmçinin buraxılış kartı almaq üçün taksi minik avtomobilləri ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Taksilərin rəngləri ağ və ya qırmızı müəyyən edilib.
Qeyd edək ki, taksilərin rənglərinin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız 2024-cü il iyulun 1-dən sonra sərnişindaşımalarında istifadə olunması üçün ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinə şamil edilir.
Taksi minik avtomobilləri sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirənlər şəhadətnamə əldə edirlər.
Müvafiq icazəsi olmayan hüquqi şəxslər və ya fərdi sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq qaydada inzibati tənbeh tədbirləri görüləcək.
Sözügedən tələblər qüvvəyə mindiyi üçün bu gündən Bakıda ciddi taksi azlığı müşahidə edilir. İstənilən istiqamətə olan sifarişlərdə maşın tapmaq çətinləşib. Bununla yanaşı, taksi operatorları qiymətləri də artırıb.
21:16 / 10 Sentyabr 2026
1
21:15 / 10 Sentyabr 2026
8
21:06 / 10 Sentyabr 2026
27
20:51 / 10 Sentyabr 2026
39
20:50 / 10 Sentyabr 2026
37
20:40 / 10 Sentyabr 2026
46
20:38 / 10 Sentyabr 2026
288
20:27 / 10 Sentyabr 2026
46
20:22 / 10 Sentyabr 2026
54
20:15 / 10 Sentyabr 2026
49
20:11 / 10 Sentyabr 2026
49
20:07 / 10 Sentyabr 2026
59
20:03 / 10 Sentyabr 2026
50
19:55 / 10 Sentyabr 2026
52
19:35 / 10 Sentyabr 2026
55
19:06 / 10 Sentyabr 2026
78
18:57 / 10 Sentyabr 2026
343
18:53 / 10 Sentyabr 2026
59
18:47 / 10 Sentyabr 2026
734
18:45 / 10 Sentyabr 2026
63
18:42 / 10 Sentyabr 2026
60
18:33 / 10 Sentyabr 2026
64
18:26 / 10 Sentyabr 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.