Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 3 nəfər dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşib.
OXU24.COM xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan Bakı şəhəri, Xəzər rayonunun Qala qəsəbəsi sakinləri 1988-ci il təvəllüdlü B.Hüseynov, 1997-ci il təvəllüdlü B.Axundov və 2005-ci il təvəllüdlü N.Cəfərzadə dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıblar.
Oxu24.com
ŞƏRHLƏR