Qaynar xətt:

(+99450) 247 90 86

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Azərbaycana gəlir

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Azərbaycana gəlir

CƏMİYYƏT

353

19.06.2024, 21:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabah Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra noyabrda ölkədə keçiriləcək COP29 konfransına hazırlıqla bağlı görüşlər keçirmək üçün Bakıda olacaq.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən OXU24.COM -a verilən məlumata görə, komissar Hoekstra COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və COP29-un təmsilçiləri ilə görüşəcək. O, həmçinin energetika naziri Pərviz Şahbazov və xarici işlər naziri Ceyhun Bayramovla ikitərəfli görüşlər keçirəcək.

Komissar Azərbaycanda vətəndaş cəmiyyətinin nümayəndələri ilə də fikir mübadiləsi aparacaq.