Qaynar xətt:

(+99450) 247 90 86

Zaxarova: "ABŞ məsuliyyətdən qaça bilməyəcək!"

Zaxarova: \\\"ABŞ məsuliyyətdən qaça bilməyəcək!\\\"

CƏMİYYƏT

196

07.06.2024, 12:07

"Qərb düşünür ki, ikiüzlülük onlara bütün destruktiv fəaliyyətlərinə görə məsuliyyətdən yayınmağa imkan verəcək, lakin bu, mümkün deyil".

Oxu24.com xəbər verir ki, bu fikirləriRusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forum çərçivəsində keçirilən brifinqdə bildirib.

Qeyd edək ki, Zaxarovanın dedikləri ABŞ dövlət katibi Entoni Blinkenin Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə zərbələr endirməsinə icazə verməsinə cavabı olub:

“Blinkenin bu bəyanatlarından bir neçə saat sonra Ukrayna Silahlı Qüvvələri Belqorodun yaşayış məntəqələrinə hücum edib. Onlar bunu Amerikanın "HIMARS" çoxsaylı buraxılış raket sistemlərinin köməyi ilə ediblər”, - deyə Zaxarova bildirib.

Mənbə: TASS.ru

Yeganə