Qaynar xətt:

(+99450) 247 90 86

SOCAR-ın işçisi dənizə düşərək öldü

2019-02/1550242542_olum.jpg

KRİMİNAL

745

15.02.2019, 18:54

\"\" MPK-460” gəmisi \"28 May” NQÇİ-nin 19 saylı dərin dəniz özülündən yük qəbul edərkən 4-cü dərəcəli takelajçısı Hüseynov Ağazaman Əlqardaş oğlu gəminin yırğalanması nəticəsində müvazinətini itirərək dənizə düşüb.
SOCAR-dan Trend-ə verilən məlumata görə, suya atılan xilasetmə dairələrini tuta bilməyən A.Hüseynov \"Nefteqaz-62” gəmisindən suya endirilmiş qayıq vasitəsilə sudan çıxarılıb. Gəmidə olan heyət tərəfindən A.Hüseynova ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, onun öldüyü məlum olub. Hadisə ilə bağlı araşdırma aparılır.