Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda mağazada narkotik satan şəxs saxlanıldı

2019-02/1550131174_narkotik_190119.jpg

KRİMİNAL

808

14.02.2019, 11:59

\"\"  Şirvan şəhərində mağazada narkotik satan şəxs saxlanılıb.
Oxu24.com  DİN-ə istinadən xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 32 yaşlı Elvin Abduləzizov saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 3 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirinin davamı olaraq E.Abduləzizova məxsus mağazada baxış keçirilən zaman oradan 864,57 qram marixuana aşkar edilib. Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.