Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9910
az

Evinə salıb, təcavüz etdi, videoya çəkdi, sonra... -

00:0914 Fevral, 2019
1117
KRİMİNAL
  • A
 
Bakıda oğlana təcavüz etməkdə və şantaj etməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Etibar Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Etibar Məmmədov 8 oktyabr 2016-cı il tarixdə, saat 11 radələrində İsmayıl Məmmədova qarşı seksual xarakterli zorakılıq edib.

Oğlanı evinə çağırdı

Belə ki, o, İsmayıl Məmmədovu Xətai rayonu, M.Hadi küçəsindəki mənzillərdən birinə çağırıb. Etibar Məmmədov İsmayılı mənzilə salıb və qapını arxadan bağlayıb. Sonra o, İsmayılı döyüb, sağlamlığına xəsarətlər yetirib.

Bıçaqlı hədələmə və seksual hərəkət

Daha sonra Etibar bıçaqla İsmayıla qarşı zor tətbiq edəcəyi ilə hədələyib, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı digər seksual xarakterli hərəkətlər edib.

Etibar həmin vaxt İsmayıla qarşı etdiyi seksual xarakterli hərəkətləri mobil telefon vasitəsi ilə çəkib. Sonra o, həmin videogörüntüləri İsmayılın ailə üzvlərinə və tanışlarına göndərəcəyini, həmçinin internet şəbəkəsinə yerləşdirəcəyi ilə hədələyib.

İntim şantajı

Etibar İsmayılı bu yolla hədələməklə, onu barəsində rüsvayedici məlumatları yayacağı hədə-qorxusu gəlib, ondan 5000 manat pul tələb edib. Etibar həmin vaxt mənzildə İsmayıldan əvvəlcə 100 manat pulu götürüb.

Daha sonra Etibar mütəşəkkil dəstənin istintaqa adları və soyadları məlum olmayan digər üzvləri ilə birlikdə 8 oktyabr 2016-cı il tarixdə Səbail rayonu, İstiqlaliyyət küçəsi 7 ünvana gəlib. Onlar orada İsmayıldan 3000 ABŞ dolları alıblar.

4 maddəli cinayət işi və mütəşəkkil dəstə

İstintaq orqanı tərəfindən Etibar Məmmədovun barəsində Cinayət Məcəlləsinin 150.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri törətmək), 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) və 182.2.4-cü (hədə-qorxu yolu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.

5 il 6 ay cəza

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar Məmmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Etibar Məmmədov apelyasiya şikayəti verib. O, barəsində həbs olmayan cəza növünün təyin edilməsini istəyib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Etibar Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb. Bu qərardan narazı qalan Etibar Məmmədov kasasiya şikayəti verib.

Məhkum həbsxanada hakimdən nə xahiş etdi?

Onun kasasiya şikayəti araşdırılan zaman Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində cəza çəkən məhkum Etibar Məmmədov barəsində “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanununun tətbiq edilməsini xahiş edib.

Xəzər rayon Məhkəməsində işə baxan hakim məhkumun ərizəsini təmin edib və onun barəsində 5 il 4 ay cəza təyin edib.

Ali Məhkəmə yekun qərar verdi

Xəzər rayon Məhkəməsinin bu qərarından sonra Ali Məhkəmədə kasasiya şikayəti araşdırılıb. Hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiya kasasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Bu yaxınlarda açıqlanan qərarda hakim heyəti Etibar Məmmədovun kasasiya şikayətini təmin etməyib, Bakı Apelyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Amma hakim heyəti qərar açıqlayan zaman Xəzər rayon Məhkəməsinin məhkumun cəzasının yüngülləşdirilməsi barədə verdiyi qərarı nəzərə alıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zəhərlənən tələbələrin ağzından niyə qan gəlib? – Müəmma
Bakıda şadlıq evindən xeyli miqdarda pul oğurlanıb
Qubada qızı onu zorlayan qohumu ilə üzləşdirdilər:

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ