Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9884
az

Arvadının yatağına gizli diktafon qoydu, xəyanət səslərini dinlədi və... - Azərbaycanda İNANILMAZ OLAY

14:3413 Fevral, 2019
1627
KRİMİNAL
  • A
 
Goranboy rayonunda arvadını namus üstündə öldürməyə cəhddə təqsirli bilinən Kəlbəcər rayonundan məcburi köçkün düşmüş 1969-cu il təvəllüdlü Məftun Məmmədovun (cinayət işində ad və soyadlar şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hadisə 7 noyabr 2016-cı il tarixdə, saat 01.00-da Goranboyun Veyisli kəndində baş verib.

Xəyanət şübhəsi

Məftun Məmmədov Veyisli kəndində nikahlarını rəsmi qeyd etdirmədən 2013-cü ildən ər-arvad kimi yaşadığı Afət Telmanovanın ona xəyanət etməsindən şübhələnib.

O, evə gələn şəxslərin səsini yazmaq məqsədi ilə yatdıqları döşəyin iç tərəfinə gizli şəkildə “Nokia” telefonu qoyub və diktofonu aktiv edib. Hadisə baş verən günü səs yazılarına qulaq asdıqdan sonra Afət Telmanovanın ona xəyanətinə əmin olub və onu öldürmək qərarına gəlib.

Bu məqsədlə evin giriş hissəsindəki yardımçı tikilidən götürdüyü dəmir boru parçası ilə çarpayıda yatmış Afet Telmanovanın ayağından vurub.

Oyatdıqdan sonra qadından xəyanət etdiyi kişinin adını soruşub, ad çəkməsə onu öldürəcəyini deyib.

Gecə yarısı yataqda dava

Afət Telmanova ərinə xəyanət etmədiyini bildirib, onun iradlarına rədd cavabı verib.

Bundan əsəbiləşən Məftun qadının saçından tutub sürüyərək çarpayıdan yerə salıb, dəmir boru parçası ilə onun başına, qoluna, ayaqlarına, kürək nahiyəsinə ardıcıl zərbələr vurub.

Daha sonra Afəti yerə yıxılaraq hərəkət etmədiyini görüb və onun öldüyünü düşünüb.

Arvadını vurdu, DİN-ə zəng etdi

Daha sonra Məftun Daxili İşlər Nazirliyinin növbətçi hissələrinin idarə edilməsi sisteminin “102 xidməti - Zəng mərkəzi”nə tabe olan polis xidmətinə zəng edib. O, arvadı Afət Telmanovanı öldürdüyünü və Goranboy rayon polis şöbəsinə bu barədə məlumat verməklə olduğu yeri bildirib.

Polis əməkdaşlarının gəlib onu aparmasını xahiş edib.

Məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşları huşsuz vəziyyətdə aşkar etdikləri Afət Telmanovanı təcili xəstəxanaya çatdırıblar.

Ona təxirəsalınmaz tibbi yardım edilib həyatını xilas etmək mümkün olub.

Cəza

İstintaq orqanı tərəfindən Məftun Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məftun Məmmədov 7 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Məftun Məmmədov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsüf edilməsini istəyib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Məftun Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Məftun Məmmədov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Hakim Əli Seyfəliyevin sədrlik etdiyi kollegiyada qərar elan edilib. Qərara görə, kasasiya şikayəti təmin olunmayıb.(Teleqraf.com) Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ
İsmayıllıda gənc oğlanın meyiti tapıldı
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ