Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9733
az

Nə üçün sol böyür üstə yatmaq lazımdır?

20:4807 Fevral, 2019
927
KRİMİNAL
  • A
Hansı vəziyyətdə yatmaq sağlamlıq üçün daha faydalıdır?

Bu suala cavab vermək üçün alimlər onlarla araşdırma və eksperiment aparıblar. Bir çox belə araşdırmaların nəticələri göstərir ki, məhz sol böyür üstə yatmaq sağlamlıq üçün daha faydalıdır.

Oxu24.com bildirir ki, Norveç və Danimarka alimləri 2 il ərzində 1000-dən artıq insanın iştirakı ilə araşdırma aparıblar. Alimlər belə qərara gəliblər ki, insanın sağlamlığına və əhvalına onun yatdığı poza çox ciddi təsir edir.  

Alimlər qeyd edir ki, sol böyürü üstə yatan insanlar yuxu zamanı daha yaxşı dincəlir və bərpa olunur və onların sağlamlığı digər pozalarda yatanlarla müqayisədə daha möhkəmdir.

Böyür üstə yatan qadınlar daha çox yaşayır. Tədqiqatçılar aşkar ediblər ki, qadınlar böyür üstə yatmağı kişilərlə müqayisədə daha çox sevir. Alimlərin fikrinə görə, qadınların kişilərdən daha çox yaşamağı da o cümlədən bununla da bağlı ola bilər.

Sol böyür üstə yatmaq nə üçün faydalı sayılır?

- Belə vəziyyətdə mədə qida borusundan aşağıda yerləşir ki, bu da mədə-bağırsaq sisteminin fəaliyyətinə müsbət təsir edir, qıcqırma, qəbizlik, qıcıqlanmış bağırsaq sindromu kimi pozulmaların qarşısını alır.

- Qan dövranı və o cümlədən beyin qan dövranı üçün faydalıdır.

- Xoruldamanın riskini azaldır. Xoruldama zamanı insanda nəfəsalmanın ani dayanması mümkündür ki, bu da erkən ölümün riskini artırır. Həm də xoruldayan insanlar gecə pis yatır və səhər yorğun və halsız olur.

Alimlər qeyd edir ki, ürək çatışmazlığından əziyyət çəkən və infarkt keçirdən insanlar sol böyürü üstə yatmamalıdır. Bu onlara ziyan vura bilər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

5 otaqlı evdə yanğın oldu
Şokolad oğurlayan qızını dəmirlə döydü, hamilə arvadını... - İNANILMAZ QƏTL
ABŞ-da xüsusi təlim keçmişdi: Terror təşkilatının kritik adı MİT tərəfindən belə zərərsizləşdirildi - Anbaan VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi