Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda qadın müğənni yol qəzasında öldü -

Azərbaycanda qadın müğənni yol qəzasında öldü -

KRİMİNAL

1724

07.02.2019, 13:50

 
Qax rayonunda yol qəzası baş verib. Oxu24.com -un  "Report"a istinadən   bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb. Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.   Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi. Faktla bağlı araşdırma aparılır.