Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9700
az

Suraxanıda evli kişi qonşusu olan 13 yaşlı qızı zorladı

21:0206 Fevral, 2019
815
KRİMİNAL
  • A
Bakıda azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən Taleh İsmayılovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hakimlər kolelgiyasının hökmünə əsasən T.Ismayılov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işində zərərçəkmiş qismində Y.V.Sergeyevna, qardaşı və atası tanınıb.

İttiham aktına görə, 2018-ci ilin sentyabr ayının əvvəllərində Yeni Suraxanı qəsəbəsində nömrəsiz evdə kirayədə qalan 2005-ci il təvəllüdlü şəxs rayon prokurorluğuna müraciət edərək bildirib ki, eyni həyətdə yaşadığı İsmayılov Taleh Valeh oğlu onu zorlayıb.

Qeyd edək ki, azyaşlı Ağstafa rayon sakinidir, Bakıda isə ailə üzvləri ilə birgə kirayədə qalır. Taleh İsmayılov da həyat yoldaşı ilə birgə eyni həyətdə kirayədə yaşayıb. Onlar arasında qonşu kimi münasibətlər yaranıb və Taleh, 13 yaşlı qızın ailə üzvlərinin evdə olmamasından istifadə edərək, onu zorlayıb.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxslə seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb və İsmayılov Taleh Valeh oğlu təqsirləndirilən şəxs qismində həbs edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Goranboyda 57 yaşlı kişi özünü asdı
88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Qazaxda 19 yaşlı gənc     intihar       etdi