Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9668
az

Bakıda 14 yaşlı qızı zorlayan hotel rəhbərinin oğlu həbs edildi

09:0006 Fevral, 2019
940
  • A
 Bu gün Bakı Apellyasiya Məhkəməsində 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən Nəriman Əhmədovun barəsində həbs qətimkan tədbiri seçilib.

Oxu24.com  xəbər verir ki, bu barədə Oxu.Az-a azyaşlının atası R.T. (ad şərtidir) məlumat verib.

Onun sözlərinə görə, hakim Nəriman Əhmədovun üç aylıq həbs edilməsinə qərar verib:

“Ötən gün saat 10:00 üçün təyin edilən məhkəmə prosesi cinayət işi materialları ilə tanış olmaq üçün fevralın 5-nə keçirilmişdi. Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkilin iştirakı ilə şəxsin üç aylıq həbs edilməsinə dair qərar verib. Qərar əsasında N.Əhmədov məhkəmə zalından birbaşa Kürdəxanı həbsxanası göndərilib. İstintaq isə davam edir”.

Zərərçəkmiş tərəfinin vəkili Elnur Nəcəfov N.Əhmədovun həbs edildiyini təsdiqləyib.

Xatırladaq ki, iddiaya görə, “Ambassador” hotelinin marketinq üzrə meneceri, 26 yaşlı Əhmədov Nəriman Asif oğlu 14 yaşlı qızı öz maşınına mindirərək “Ambassador” hotelə aparıb və orada onunla cinsi münasibətdə olub.

Hadisənin yanvar ayında baş verdiyi bildirilir. Bundan əlavə həmin şəxsin ayrı-ayrı vaxtlarda dörd dəfə azyaşlını hotel nömrəsinə apardığı da qeyd edilir.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı