Qaynar xətt:

(+99450) 247 90 86

Şəkidə 66 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb

Şəkidə 66 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb

KRİMİNAL

1054

05.02.2019, 18:36

\"\" Şəki rayonunda 66 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
“Oxu24.com”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Şəki şəhəri, Sabit Rəhman küçəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb. Belə ki, 1953-cü il təvəllüdlü Rafiq Məmməd oğlu Mustafayev yaşadığı evin pilləkənindən yıxılaraq aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.