Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9639
az

27 yaşlı oğlan valideynlərini məhkəməyə verir - Məni dünyaya gətirərkən icazə almayıblar

13:1205 Fevral, 2019
672
KRİMİNAL
  • A
 
Hindistanda maraqlı olay yaşanıb.

Oxu24.com  Milli.Az-a istinadla bildirir ki, 27 yaşlı oğlan qəribə səbəbə görə valideynlərini məhkəməyə vermək istəyir.

Hindistanın Maxaraştra ştatının Mumbay şəhərində yaşayan 27 yaşlı Rafael Samuel anasını onu dünyaya gətirərkən ondan razılığını almadığına görə məhkəməyə verməyi planlayır.

Özünü antinatalist kimi təqdim edən Rafael bildirib ki, valideynlər uşaq dünyaya gətirərkən onun razılığını almadıqlarına görə doğulacaq övladlarına qarşı haqsızlıq etmiş olurlar.

Times Now News yazır ki, elə bu səbəbdən də Rafael valideynləri ilə bağlı məhkəməyə müraciət edəcək.

"Mən bütün hindistanlı uşaqlara demək istəyirəm ki, sizin valideynlərinizə hər hansı borcunuz yoxdur. Mən valideynlərimi sevirəm, onları çox istəyirəm, münasibətlərimiz də əladır. Lakin onlar məni sırf öz əyləncələri və məmnunluqları üçün dünyaya gətiriblər", - o, The Print-ə söyləyib.

Şəxsi Youtube hesabında bu barədə video paylaşan Rafael, həmçinin böyüklərə hörmətlə bağlı qəlibləşmiş düşüncə tərzinin də dəyişmək lazım olduğunu söyləyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Goranboyda 57 yaşlı kişi özünü asdı
88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib