Qaynar xətt:

(+99450) 247 90 86

Nişanlı qızın ölümündə təqsirləndirilən polisə bəraət verildi

Nişanlı qızın ölümündə təqsirləndirilən polisə bəraət verildi

KRİMİNAL

779

04.02.2019, 18:04

\"\" Bu gün Nizami Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən polis serjantı Fikrət Piriyevin cinayət işi üzrə məhkəmə başa çatıb.
Bu barədə Oxu24.com-a F.Piriyevin vəkili Əli Hüseynov məlumat verib. O deyib ki, hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, F.Piriyevin təqsiri məhkəmədə sübuta yetirilmədiyindən, onun barəsində bəraət hökmü çıxarılıb. Qeyd edək ki, hadisə ötən ilin fevralın 3-də Nizami rayonu, Qara Qarayev prospektində baş verib. Nizami Rayon Polis İdarəsinin Post-Patrul Xidmətinin bölüyünün polis serjantı Piriyev Fikrət Arif oğlu ona təhkim olunmuş “Fiat-Doblo” markalı, 90-AP-164 nömrəli avtomobillə Nizami rayonu Qara Qarayev prospekti ilə hərəkətdə olarkən, piyada, 1989-cu il təvəllüdlü Günel İbrahimovanı vurub və sonuncu hadisə yerində keçinib. Məlum olub ki, G.İbrahimova hadisədən bir müddət əvvəl nişanlanıbmış.