Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9602
az

Bakıda avtobus sürücüləri qadını içki məclisində zorladılar — Şok cinayət

11:2604 Fevral, 2019
1010
KRİMİNAL
  • A
 
Bakıda qadını zorlayan avtobus sürücüləri Ali Məhkəməyə kassasiya şikayəti veriblər.


“Ölkə.Az”-xəbər verir ki, cinayət məcəlləsinin zorlama maddəsi ilə məhkum olunan Tacəddin Zeynalov və Camal Tağıyevin məhkəmə prosesi mart ayının 12-də hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək. Xatırladaq ki, 2017-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 30 yaşlı qadını zorlamaqda, qanunsuz həbs etməkdə, seksual xarakterli hərəkətə məcbur eləməkdə təqsirli bilinən Tacəddin Zeynalov 8 il, Camal Tağıyev isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2017-ci ilin dekabrında 4-cü mikrorayon, Mir Cəlal Paşayev küçəsində qeydə alınıb. 30 yaşlı Sahibə Məmmədova (ad və soyad şərti verilib) Nəsimi rayon Polis İdarəsinə təcavüzə məruz qalması ilə bağlı müraciət edib. Bildirib ki, o, 65 nömrəli sərnişin avtobusunda həmin avtobusun sürücüsü Camal Tağıyevlə tanış olub. Bir neçə gün sonra isə Camal Tağıyevin evindəki qonaqlıqda iştirak edib. Qadın yeyib-içmək məclisində 61 nömrəli avtobusun sürücüsü, 1979-cu il təvəllüdlü Tacəddin Zeynalov ona qarşı qeyri-etik hərəkətlər edib. Bu zaman Sahibə Məmmədova ona etirazını bildirib. Bundan sonra sürücülər Sahibəni zorlayıblar. Tacəddin Zeynalov Cinayət Məcəlləsinin 145.2.4-cü (qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 149.2.1-ci (zorlama, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) , 149.2.4-cü (zorlama, zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə, 151-ci (seksual xarakterli hərəkətlərə məcbur etmə) və 29.150.1-ci (seksual xarakterli hərəkət etməyə cəhd) maddələri ilə, Camal Tağıyev isə yalnız 149.2.4-cü maddəsi ilə ittiham edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qazaxda DƏHŞƏTLİ QƏZA: 4 nəfər öldü, yaralılar var -FOTO
Bakıda gənci güllələyən şəxs belə tutuldu - ANBAAN GÖRÜNTÜLƏR
Gəncədə 45 yaşlı qadın qətlə yetirildi - Yenilənib

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qadın öldürüldü