Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9581
az

Moskvada azərbaycanlı sahibkar dəm qazından boğuldu

11:4903 Fevral, 2019
754
  • A
 Rusiyanın paytaxtı Moskva şəhərində yaşayan azərbaycanlı sahibkar şəxsi avtomobilində dəm qazından boğularaq ölüb.

Oxu24.com Şirvan bürosunun məlumatına görə, əslən Salyan rayonundan olan 49 yaşlı Ağalar Sovet oğlu Cəbrayılov səhər işə gedərkən qarajda olan “VAZ-2106” markalı avtomobilini işlək vəziyyətdə saxlayaraq, çıxmaq üçün qapının ağzına yığılmış qarı təmizləyib və yenidən maşına qayıdarkən salona toplanmış dəm qazından boğularaq dünyasını dəyişib.

Ağalar Cəbrayılov 22 ildi ki, Moskva şəhərində yaşayaraq bazarlardan birində ticarətlə məşğul idi. O, bu günlərdə Azərbaycana dönməyi planlaşdırırmış. Elə bu məqsədlə 2 azyaşlı oğlunu və həyat yoldaşını Azərbaycanda ata yurdu olan Salyan rayonuna göndəribmiş.

Mərhumun nəşi Azərbaycana gətirilərək dünən torpağa tapşırılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU
Bakıda kişi arvadına görə anasını amansızlıqla öldürdü - FOTO
Bakı-Qazax yolunda avtoxuliqanlıq etdi, həbs olundu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Süd içəndə niyə yatırıq? - Sirri bu imiş
Dəm qazı daha bir       can      aldı