Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9563
az

Keçmiş başçı axtarışa verildi

15:2802 Fevral, 2019
927
KRİMİNAL
  • A
 Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilənlər - Ağcabədi Rayonunun İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərov və Rüstəm Bayramovunməhkəməsi yekunlaşıb.


"Oxu24.com”un verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevinicraatında olan prosesdə R.Bayrama şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Keçmiş başçı M.Səfərovun isə məhkəmə iclaslarından yayındığı bildirilib.


O, son bir neçə iclasa gəlməyib və məhkəməyə bu barədə rəsmi məlumat verməyib. Buna görə də Münsif Səfərov barəsindəki cinayət işi ayrıca icraata götürülüb və onun barəsində həbsli axtarış qərarı verilib. Sonuncu iclasların birində dövlət ittihamçısı çıxış edərək M.Səfərovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunmasını istəyib. Bu tələbdən sonra sabiq icra başçısı yoxa çıxıb və bir daha məhkəməyə gəlməyib. İttihama görə, M.Səfərov R.Bayramovla birgə vətəndaş Fərabi Mənsurun evini dələduzluq yolu ilə ələ keçirərək ona 60 min manat ziyan vurmaqda təqsirləndirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Goranboyda 57 yaşlı kişi özünü asdı
88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib