Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9468
az

Üç gün sonra əsgər gedəcəkdi, ürəyindən bıçaqlandı - Dəhşətli qətlin təfərrüatları

19:3930 Yanvar, 2019
655
KRİMİNAL
  • A
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ərəstun Ərəbovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu24.com  bildirir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində mərhum Qafar Hüseynovun anası Təranə Fətəliyeva ifadə verib. O, bildirib ki, axşam saatlarında oğlunun qətlə yetirildiyini öyrənib.

Daha sonra digər şahid Arzu Xəlilova dindirilib. O, qeyd edib ki, hadisənin baş verdiyi sexin yanındakı mağazada çalışır.

Şahid deyib ki, hadisəni telefonla çəkib:

"Mərhum çox ağıllı oğlan idi. Tez-tez mağazaya gələrdi. Qafar ölməmişdən iki saat əvvəl də mağazaya gəlmişdi. O, sevgilisi ilə görüşə gedəcəyini və ona hədiyyə aldığını söylədi. Hadisə zamanı Ərəstun çölə qaçdı, üstü-başı qan idi. Mən də telefonumla çəkməyə başladım".

Metal qəbulu sexinin işçisi Tərlan Talıbov isə ifadəsində söyləyib ki, həmin gün sexə o nəzarət edib:

"Sexin rəhbəri Sübhan oranı mənə tapşırmışdı. Hadisə zamanı onlar mübahisə edirdilər, mən də ayırdım. Daha sonra Ərəstun Qafarın anasına söydü. Bu zaman Qafar əlində dəmir parçası ilə onun üstünə getdi. Ərəstunun da əlində bıçaq var idi. Bir də gördüm ki, Qafar yerə yıxıldı. Bıçaq onun ürəyinə batmışdı. Qandan qorxduğum üçün yaxın gedə bilmədim".

Metal qəbulu sexinin rəhbəri Sübhan Niftəliyev də dindirilib. O, qeyd edib ki, hadisə günü işdə olmayıb:

"Rayona gedirdim. Tərlan zəng edib, Ərəstunun Qafarı öldürdüyünü bildirdi. Ora gəldim və Qafarın atasının nömrəsini tapdım. Eşitdim ki, Ərəstun Qafara söyüş söyüb".

Məhkəmədə elan olunub ki, hadisəyə Ə.Ərəbovun sexə dəmir gətirməsi, mərhum Q.Hüseynovun isə metalı 15 qəpikdən götürməsi səbəb olub:
 "Ərəstun deyib ki, həmişə Sübhana dəmiri 20 qəpikdən verib. Bundan sonra hər iki şəxs arasında mübahisə yaranıb. Nəticədə, Ərəstun onu qətlə yetirib". Təqsirləndirilən Ə.Ərəbov Q.Hüseynovun onu əvvəl təhqir etdiyini və sonra dəmirlə vurduğunu deyib.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Nəsimi rayonu 3-cü mikrorayon qəsəbəsində baş verib. Ə.Ərəbov və iş yoldaşı, Bərdə rayonunda məskunlaşan Laçın rayonundan olan məcburi köçkün, 1997-ci il təvəllüdlü Hüseynov Qafar Adıgözəl oğlu arasında mübahisə düşüb. Nəticədə, o, iş yoldaşı Q.Hüseynovu vuraraq qətlə yetirib. Ə.Ərəbovun dediyinə görə, mərhumu söyüş söydüyü üçün vurub. Q.Hüseynovun yaxınları isə Ə.Ərəbovun içkili olduğunu, heç bir səbəb olmadan onu öldürdüyünü bildirirlər. Yaxınları söyləyib ki, qətlə yetirilən Q.Hüseynov üç gün sonra hərbi xidmətə yollanacaqmış. Ə.Ərəbov daha əvvəl də adam bıçaqladığı üçün məhkumluq həyatı yaşayıb Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Goranboyda 57 yaşlı kişi özünü asdı
88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib