Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9456
az

Azərbaycanda ŞOK olay:15 yaşlı oğlan meyiti zorlayıb -

15:1830 Yanvar, 2019
1177
KRİMİNAL
  • A
 Füzulidə baş verən dəhşətli qətlin təfərrüatı məlum olub. 

Oxu24.com  Sputnik Azərbaycan-a istinadən xəbər verir ki,  istintaq-əməliyyat qrupunun üzvləri 53 yaşlı A.İsgəndərovanın cəsədində 20 bıçaq yarası aşkar ediblər. Bıçaq zərbələri qadının baş, üz və boyun nahiyəsinə endirilib. Bundan əlavə, qurban zorlanıb.

O da məlum olub ki, qatilin 15 yaşı var və o, tüfeyli həyat tərzi keçirir, vaxtaşırı xırda oğurluqlar edir (adı istintaq maraqlarına görə açıqlanmır-red.). Yanvarın 27-dən 28-nə keçən gecə yeniyetmə oğurluq məqsədilə tək yaşayan qadının evinə girib. Bildirilir ki, o, bir dəfə də bu evə oğurluq üçün giribmiş.

Bu dəfə isə cinayətkar pul axtarmaq məqsədilə paltar dolabına soxulub. Dolabın qapısı cırıldayıb və evin sahibəsi səsə yuxudan oyanıb. Oğrunu görən qadın qışqırmağa başlayıb.

Yeniyetmə dərhal onun üstünə cumub və dalbadal bıçaq zərbələrini qadına endirib. Qadının öldüyünə əmin olandan sonra oğlan onun meyiti ilə cinsi əlaqəyə girib.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi ilə cinayət işi açılıb, istintaq davam edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı