Qaynar xətt:

(+99450) 247 90 86

“Bibi”yə hökm oxundu

“Bibi”yə hökm oxundu

KRİMİNAL

806

30.01.2019, 13:14

\"\"  Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz satışında təqsirləndirilən, “Bibi” ləqəbli narkotacir Sənubər Lütfəliyevaya hökm oxunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə S.Lütfəliyeva 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, üzərində narkotik olan İmran İsgəndərov saxlanılıb. O, ifadəsində narkotiki “Kubinka”da yaşayan “Bibi”dən aldığını deyib. Növbəti əməliyyatda “Bibi” də saxlanılaraq həbs olunub. Onun isə narkotiki kimdən aldığı istintaqa bəlli olmayıb. Məhkəmədə təqsirləndirilən S. Lütfəliyeva özünü təqsirli bildiyini deyib. Lakin “Bibi” ifadə verməkdən imtina edib. Cinayət işi materialları arasında olan rəyə görə, “Bibi” özü də narkotik vasitələrdən istifadə edir və məcburi müalicə olunmalıdır.