Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9402
az

Bakıda faciə — Gəlin gözəlik salonundan toya yox, məzara getdi (TƏFƏRRÜAT)

11:4829 Yanvar, 2019
920
KRİMİNAL
  • A
 
Toyu olacaq gəlinin ölümünə səbəb olan sürücü azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib.

“Ölkə.Az” xəbər verir ki, cinayət məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunan Yusibov Teymur Rəsul oğlunun məhkəmə prosesi Nərimanov rayon Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçiriləcək.

İttiham aktılna görə, yol-nəqliyyat hadisəsi 2015-ci il iyun ayında baş verib. Zirə qəsəbəsində 29 yaşlı Sail Bədərlinin idarə etdiyi “Hyundai” markalı avtomobil Teymur Yusifovun idarə etdiyi “VAZ” markalı maşınla toqquşub. Qəza zamanı zərbənin təsirində "Hyundai" markalı maşın aşıb.
Nəticədə avtomobildə olan sürücü və onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Rüfanə Bədərli ağır yaralanıb. Maşında gəlin paltarında olan 1990-cı il təvəllüdlü Vəsilə Qasım qızı Qurbanova hadisə yerində dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Vəsilə Qurbanovanın toyu olmalı idi. O, səhər gözəllik salonuna gedib və bəzənib. Bəy qohumunu və onun həyat yoldaşını gəlini gözəllik salonundan gətirmək üçün göndərib. Qəza da onlar salondan qayıdarkən baş verib.
Onu da qeyd edək ki, Teymur Yusifov hadisə zamanı avtomobili sərxoş vəziyyətdə idarə edib.

Bakə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Teymur Yusifov 6 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda yaşayış binasında YANĞIN: 5 nəfər...
Sevgilisi oğlanın özünü asacağını öncədən bilirmiş: ailəsinə intihar yerini də o deyib

Zaqataladan ACI XƏBƏR: 13 yaşlı yeniyetmə...

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO