Qaynar xətt:

(+99450) 247 90 86

Biləsuvardakı qəzada ölənlərin ADLARI

2019-01/1548660320_qeza.jpg

KRİMİNAL

946

28.01.2019, 11:25

\"\" Ötən gün gecə saatlarında Biləsuvar rayonunda baş verən ağır yol qəzası zamanı ölən 3 nəfərdən birinin və yaralananların şəxsiyyəti məlum olub.
Oxu24.com xəbər verir ki, qəza nəticəsində hadisə yerində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan 1966-ci il təvəllüdlü Abşeron rayonu Hökməli qəsəbə sakini Elmira Əli Ağasəfər qızı xəstəxanada keçinib. Bununla da ölənlərin sayı 3-ə çatıb. Digər iki yaralı - 1953-cü il təvəllüdlü Bakı şəhəri, Biləcəri qəsəbə sakini 1953-cü il təvəllüdlü Dəmirov Vəlinin vəziyyəti ağır olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib, 2003-cü il təvəllüdlü Həşimov Qəyyum Dəyanət oğluna isə tibbi yardım göstərilərək, evə buraxılıb. Hazırda ölən iki şəxsin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.