Qaynar xətt:

(+99450) 247 90 86

Kürdəmirdə AĞIR QƏZA - YARALILAR VAR

2019-01/1548437388_kur.jpg

KRİMİNAL

767

25.01.2019, 21:29

\"\" Kürdəmir rayonunda yol qəzası baş verib.
\"Oxu24.com\"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun 207 km-də, rayonun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, \"Mercedes\" markalı minik avtomobili \"KamAZ\" markalı yük maşınına çırpılıb. Nəticədə bir ailənin üzvləri - Bakı şəhər sakinləri, sürücü, 1988-ci il təvəllüdlü Samir Eldar oğlu Abasov, sərnişinlər - 1963-cü il təvəllüdlü Nizami Əkrəm oğlu Ələkbərov, 1991-ci il təvəllüdlü Gülnarə Nizami qızı Abasova və 1968-ci il təvəllüdlü Ziyafət Əlməmməd qızı Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.