Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda ŞOK! Hamama hücum olub, yaralılar var+VİDEO

2019-01/1548394139_hamamda9_1548393956.jpg

KRİMİNAL

1765

25.01.2019, 09:29

Gecə saatlarında paytaxtın Binəqədi rayonunda kütləvi dava baş verib.
Oxu24.com  Oxu.Az -a istinadən  xəbər verir ki, hadisə rayonun Azadlıq prospektində, “Pak hamam” adlanan obyektdə qeydə alınıb. Bir qrup naməlum şəxs hamama daxil olub və burada çalışan ofisiantlarla mübahisə edib. İçkili olduqları iddia edilən həmin şəxslər bir müddət sonra yenidən hamama qayıdıblar. Bu dəfə özləri ilə gətirdikləri kəsici və küt alətlərlə ofisiantlara hücum ediblər.   Nəticədə, dörd nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili olaraq 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Onlardan 1994-cü il təvəllüdlü Əhmədli Nazim və digər yaralı ilkin tibbi yardımdan sonra evə buraxılıb. 1999-cu il təvəllüdlü Quliyev Sahib və 1999-cu il təvəllüdlü Kərimli İsa xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onlara döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.