Qaynar xətt:

(+99450) 247 90 86

Abbas Bağırovun köməkçisi həbs edildi

Abbas Bağırovun köməkçisi həbs edildi

KRİMİNAL

796

23.01.2019, 17:03

\"\"  Tanınmış müğənni Abbas Bağırovun köməkçisi işləmiş Mehrəliyev Orxan Bayram oğlu həbs edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, O.Mehrəliyev külli miqdarda dələduzluqda təqsirli bilinir.
Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Abbas Bağırovun özüdür. Belə ki, Orxan Mehrəliyev müğənninin etibarından sui-istifadə edərək, ona məxsus Yasamal Rayonun Şahbazi küçəsində yerləşən dəyəri 35 min manat olan torpaq sahəsini ələ keçirib. Bundan sonra A.Bağırov köməkçisi barəsində hüquq-mühafizə orqanlarına müraciət edib. Qeyd edək ki, dələduzluq faktı üzrə dörd nəfər zərərçəkmiş şəxs var.