Qaynar xətt:

(+99450) 247 90 86

Ağdaşda QƏZA: yaşlı qadın xəstəxanalıq oldu

2019-01/1548185286_piyada.jpg

KRİMİNAL

789

22.01.2019, 23:27

\"\" Ağdaşda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
\"Oxu24.com\" xəbər verir ki, hadisə rayon mərkəzində, “Ağsaray” şadlıq sarayının qarşısında baş verib. Belə ki, “VAZ-21-06” markalı avtomobil 1937-ci il təvəllüdlü rayon sakini Soltanova Şərqiyə Nəsir qızını vuraraq, ona xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Onun durumunun qənaətbəxş olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.