Qaynar xətt:

(+99450) 247 90 86

Üç ailənin yaşadığı ev yanıb

KRİMİNAL

928

20.01.2019, 20:00

\"\" Ağstafa rayonunun Poylu kəndində güclü yanğın olub. Bir dam altında tikilmiş 3 ailənin yaşadığı birmərtəbəli binada ümumi sahəsi 140 m² olan 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, digər otağının qapı-pəncərə çərçivəsi 6 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb. Oxu.24com xəbər verir ki, bu haqda FHN - nin mətbuat xidmətindən məlumat verilib. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.