Qaynar xətt:

(+99450) 247 90 86

Kürdəmirdə avtomobil piyadanı vuraraq öldürdü

2019-01/1547754453_piyada_274776.jpg

KRİMİNAL

949

17.01.2019, 23:47

\"\" Kürdəmir rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü şəhər sakini Valeh Ağəli oğlu Zərbalıyev 10 MB 555 dövlət nömrə nişanlı \"Kia Optima\" markalı avtomobil tərəfindən vurulub. V.Zərbalıyev hadisə yerində ölüb. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, bu gün Kürdəmirdə digər yol qəzası da baş verib