Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə partlayış, yaralanan var

2019-01/1547561414_paris.jpg

KRİMİNAL

638

15.01.2019, 18:11

\"\" Gəncədə yaşayış evində partlayış olub.
Oxu24.com-un “Qafqazinfo”a istinadən verdiyi məlumata görə, şəhərin I mikrorayon ərazisində bina 1, mənzil 57-də qaz sızmasından yaranan partlayış nəticəsində həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Ələsgərova Sahilə İlqar qızı yanıq xəsarətləri alıb. O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, qadın açarı açıq qalan qaz sobasını yandırmaq istəyən zaman partlayış baş verib.