Qaynar xətt:

(+99450) 247 90 86

Tərtərdə dəhşətli olay: Ərdə olan qadına intim mesaj yazan kişiyə maşında başına oyun açdılar

KRİMİNAL

1108

15.01.2019, 11:51

\"\" Tərtər rayonunda SMS yazdığı qadının yaxınları tərəfindən döyülən şəxs özünə xəsarət yetirib. Oxu24.com  \"Report”a istinadən xəbər verir ki, rayonun Ələsgərli kənd sakini 43 yaşlı E.Z. özünə bıçaqla xəsarət yetirdiyi üçün xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı onun həmkəndlisi 28 yaşlı qadınla mesajlaşdığı səbəbindən qadının əri 35 yaşlı Fariz Əliyev, qardaşları Ramin və Ruslan, əmisi oğlanları Zamin və Bəkirlə birlikdə E.Z.-nı çay kənarına apararaq döymələri, şəxsiyyətini alçaltmaları, əl-qolunu bağlayaraq avtomobilin yük yerinə qoymaları məlum olub. E.Z. daha sonra cibində olan bıçaqla özünə xəsarət yetirərək həmin şəxslərin əlindən xilas ola bilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.