Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8904
az

TƏCİLİ XƏBƏR!“Bazarstore”a silahlı basqın - Müdir müavini xəsarət aldı

12:2214 Yanvar, 2019
1408
KRİMİNAL
  • A
 "Bazarstore"a basqın olub.

BakuPost xəbər verir ki, hüquq-mühafizə orqanlarından Open.az-a verilən məlumata görə, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən "Bazarstore" mağazasına daxil olan əli silahlı, maskalı şəxs kassiri ölümlə hədələyərək ondan pul tələb edib. Bu zaman mağazanın müdir müavini Famil Babayev və mühafizəçilər maskalı şəxsə yaxınlaşaraq onu zərərsizləşdirmək istəyiblər. Maskalı şəxs F. Babayevin başına tapançanın arxası ilə vuraraq xəsarət yetirib və hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı dərhal polisə məlumat verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci (silahlı quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda yaşayış binasında YANĞIN: 5 nəfər...
Sevgilisi oğlanın özünü asacağını öncədən bilirmiş: ailəsinə intihar yerini də o deyib

Zaqataladan ACI XƏBƏR: 13 yaşlı yeniyetmə...

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO