Bu gün günorta saatlarında Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən 36,5 kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş verib.
Oxu24.com Şirvan bürosunun məlumatına görə, Salyan rayonunun “Qalalı” massivində yaşayan 58 yaşlı Qəniyev İsrail Əvəz oğlunun idarə etdiyi “Daewo Gentra” markalı, 99 AJ 680 dövlət nömrə nişanlı taksi dörd nəfər sərnişinlə Bakıdan qayıdarkən ağır qəzaya uğrayıb. Hadisə nəticəsində avtomaının sürücüsü İ.Qəniyev və 60 yaşlarında bir sərnişin qadın hadisə yerində dünyasını dəyişib. Daha bir sərnişin qadın və iki uşaq isə ağır xəsarətlər alıb.
Maşında sıxılıb qalmış cəsədlər və yaralılar hadisə yerinə gəlmiş FHN-in xilasediciləri tərəfindən çıxarılıb.
Əldə etdiyimiz məlumata görə, yüksək sürətlə hərəkətdə olan “Daewo Gentra” əvvəlcə yolun sol kənarı ilə asta sürətlə hərəkətdə olan yol təmizləyən maşına dəyib və bu zaman idarəetməni itirərək sağında irəliləyən “KamAZ”ın təkərləri arasına düşüb. Nəticədə “KamAZ” taksinin üstündən keçib.
Hazırda hadisə yerində hüquq-mahafizə orqanlarının əməkdaşları işləyir, qəzaya uğrayanların şəxsiyyəti müəyyən olunur.
Oxu24.com
ŞƏRHLƏR