Bakıda falçı qadın saxlanılıb.
Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, Sabunçu qəsəbəsində yaşayan bir qadın Sabunçu rayon Polis idarəsinin 12-ci polis şöbəsinə müraciət edərək 2018-ci ilin iyul ayında ictimai nəqliyyatda təsadüfən tanış olduğu Fatimə adlı şəxsin, ümumilikdə, ondan fala baxmaq adı ilə 600 manat və 4000 manatlıq qızıl-zinət əşyaları aldığını bildirib.
Məlumat daxil olan kimi 12-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edən və zərərçəkənin pulunu, eləcə də qızıllarını məsimsəyən Salyan rayon sakini Fatimə Abdullayeva saxlanılıb.
Saxlanılan şəxs ifadəsində qeyd edilən cinayəti törətdiyini etiraf edib. Onun barəsində 12-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq şöbəsinə göndərilib.
Gördüyünüz bu şəxsin fala baxmaq adı ilə digər şəxsləri aldatdığı da istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin "102” Zəng Mərkəzinə, Sabunçu rayon Polis idarəsinə və ya 12-ci polis şöbəsinə müraciət edə bilərlər.
Oxu24.com
ŞƏRHLƏR