Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8799
az

10 yaşlı qızın ürəkparçalayan intihar məktubu tapıldı

09:1411 Yanvar, 2019
495
KRİMİNAL
  • A
 10 yaşlı qız intihar məktubu yazaraq özünü öldürüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, atası evi tərk etdikdən sonra özünü anasına "yük" kimi görən azyaşlı intihar edib.

Adı açıqlanmayan qız yanvar ayının 6-da axşam saat 10-da özünü asıb.

Tibbi ekspertizanın rəyinə görə onun ölüm səbəbi intihardır. O, asılı qaldığı üçün boğularaq ölüb.

Hadisə Meksikanın Mexiko şəhərində bayram günündə baş verib. "El Dia de Reyes" adlanan bayrama görə insanlar bir-birinə hədiyyə verirlərmiş. Qız da anasını dünyanın ən xoşbəxt qadını etmək üçün yoxluğunu "hədiyyə verib".

"Tanrım, səndən tək istəyim yoxluğumda anamı dünyanın ən xoşbəxt qadını etməndir. Mən doğulduğum gündən anamın həyatını məhv etmişəm. Mənə görə atam evi tərk edib. Ümid edirəm ki, məni unutmayacaqsan, ana", - intihar məktubunda yazılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ
Üç uşaq atası olan 30 yaşlı kişi özünü asdı