Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan səhəri acı xəbərlə açdı:Ana və övladı partlayışda öldü

KRİMİNAL

765

09.01.2019, 09:32

\"\"  Bakı şəhərinin Yasamal rayonunda birmərtəbəli iki otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib. Bu barədə Oxu24.com -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Partlayış dalğasının təsirindən evin çöl divarı bir tərəfinin daşıyıcı divarı həyətdə dayanmış “Tofaş” markalı avtomobilin üzərinə aşıb. Hadisə zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.